Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 30-u ötdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, hazırda 212 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 117, bu günə qədər isə ümumilikdə 6 970 953 test icra olunub.
Oxşar xəbərlər
Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...
