Azərbaycanda son sutkada daha 11 nəfər koronavirusa yoluxub

Azərbaycanda bu gün koronavirus infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 992 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 422, bu günə qədər isə ümumilikdə 6 888 708 test icra olunub.

Oxşar xəbərlər
Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxdu - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...
