Son sutkada cəmi 13 nəfər COVID-19-a yoluxdu
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 534 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 694 nəfər müalicə olunaraq sağalıb, 9 708 nəfər vəfat edib. 132 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 079, bu günə qədər isə ümumilikdə 6 805 563 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada 19 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...