Azərbaycanda son sutkada 8 nəfər koronavirusa yoluxub, ölən olmayıb

31
may
2022
16:38
Azərbaycanda bu gün koronavirus infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 2 192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb.


Oxşar xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların statistikası
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu b...