Azərbaycanda son sutkada 44 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 44 nəfər koronavirusa yoluxub
Sosial 628

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 3567, hazırkı dövrədək isə 2 456 650 test aparılıb. Azərbaycanda indiyədək ümumilikdə 231 198 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 348 nəfər müalicə olunaraq sağalıb, 3161 nəfər vəfat edib, aktiv xəstə sayı 2689 nəfərdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər