Azərbaycanda son 1 həftədə 130 nəfər COVID-19-a yoluxub - Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023-03.09.2023) 130 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 312 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.
Ölkədə son həftə ərzində 2 744, hazırkı dövrədək isə 7 674 567 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda payızda koronavirusa yoluxma arta bilər? - AÇIQLAMA
Ümumdünya Səhiyyət Təşkilatının yaydığı hesabatında bildirilir ki, koronavirusa dünyada son 4 həftə ərzində ümumilikdə 1 008 194 yoluxma halı, 3 132 ölüm qeydə...