Azərbaycanda şəkərli diabet xəstələrinin sayı AÇIQLANDI

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı AÇIQLANDI
Sosial 227

"Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur".

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva məlumat verib.

"Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər