Azərbaycanda şənbə günü 39 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.
Oxşar xəbərlər
Məşhur universitetdə yeni yataqxana tikiləcək - 1000 yerlik olacaq
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi planlaşdırılır. BAKU.WS-in məlumatına görə, bununla bağlı kompl...