Azərbaycanda sel XƏBƏRDARLIĞI

Azərbaycanda sel XƏBƏRDARLIĞI
Sosial 3

Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, avqustun 19-u gündüzdən 20-si gündüzədək isə bəzi bölgələrdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, avqustun 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi proqnozlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah qar yağacaq - hava soyuyur

Sabah qar yağacaq - hava soyuyur

Azərbaycanda oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata...

38937 Sosial 13:18 03 oktyabr 2020

Son xəbərlər