Azərbaycanda sahəvi CERT-lərin formalaşdırılması istiqamətində mühüm addım atılıb
Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi və tövsiyəsi ilə AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib.
BAKU.WS xəbər verir ki, "FIRST" üzvlüyü "AzInTelecom" MMC-nin beynəlxalq CERT icması ilə əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübə və bilik mübadiləsinin aparılması, habelə kibertəhdidlər və insidentlər barədə məlumat mübadiləsi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, nəqliyyat sektorunun kiberdayanıqlılığının gücləndirilməsinə və sektorda kibertəhlükəsizlik üzrə institusional imkanların inkişafına töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 avqust 2026-cı il tarixində təsdiq edilmiş qanunvericilik dəyişiklikləri ilə CERT və SOC-ların fəaliyyətinin hüquqi və institusional əsasları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, Milli CERT və sahə üzrə CERT-lər arasında məlumat mübadiləsi və koordinasiya mexanizmləri müəyyən edilib. Yeni tələblər CERT-lərin insidentlərin aşkarlanması və idarə edilməsi, real vaxt rejimində monitorinq, kibertəhdidlər barədə məlumatların toplanması və təhlili, habelə proaktiv kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə imkanlarının formalaşdırılmasını nəzərdə tutur.
Bu yanaşma kibertəhlükəsizliyin milli səviyyədə vahid koordinasiya ilə yanaşı, ayrı-ayrı sahələrin xüsusiyyətlərini nəzərə alan ixtisaslaşmış CERT-lər vasitəsilə təmin edilməsinə, kibertəhdidlərin daha erkən aşkarlanmasına və insidentlərə çevik cavab verilməsinə imkan yaradır. "AzInTelecom" MMC-nin nəqliyyat sektoru üzrə sahəvi CERT kimi FIRST-ə üzv olması bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
Milli Kibertəhlükəsizlik Agentliyi davamlı olaraq bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir, qanunvericilik aktlarının beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğunlaşdırılması istiqamətində təşəbbüslər irəli sürür. Ölkədə kibertəhlükəsizliyin və kiberdayanıqlılığın gücləndirilməsi, sahəvi CERT-lərin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolver...