Azərbaycanda sabit şəbəkə telefonlarından istifadə tarifləri dəyişib
26
okt
2022
16:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib.
Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib.
Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Apteklər müştəriyə ƏDV çekini verməkdən imtina edə bilərmi?
Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hissəsini geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır. Müştəri çeki t...