Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
Azərbaycanda nəqliyyat sisteminin inkişafı və bölgələrarası əlaqələrin yaxşılaşdırılması daim gündəmdədir.
BAKU.WS-in məlumatına görə, on illərdə ölkədə dəmir yollarının modernləşdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmiş olsa da, bəzi az sərnişinli xətlər hələ də aktiv istifadə olunmur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə açıqlamasında rels avtobuslarının tətbiqi, onların bölgələrarası mobilik və sosial əlçatanlıq baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Onun fikrincə, bu yüngül dizel qatarları az sərnişin axını olan, qısa məsafəli dəmir yolu xətləri üçün ideal nəqliyyat vasitəsidir:
"Rels avtobuslarının üstünlükləri çoxsaylıdır: onlar 1-2 vaqondan ibarət olaraq ucuz və səmərəli işləyir, mühərrik gücü 300–700 kVt arasında dəyişir, sürətləri 80–120 km/saat, texniki xidməti sadədir və iri depo tələb etmir. Ağamirzəyev qeyd edir ki, az sərnişinli bölgələr üçün bu nəqliyyat forması sosial və iqtisadi cəhətdən böyük üstünlüklər təqdim edə bilər"
üksək sərnişin axını əsasən Bakı və Abşeron dairəsində cəmləşib, bir çox rayonlararası xətlər aktiv istifadə olunmur və yeni texnika üçün xüsusi xidmət bazası və ehtiyat hissələri tələb olunur. Həmçinin, "Azərbaycan Dəmir Yolları" hazırda elektrikləşmiş və müasir şəhərətrafı sistemlərə üstünlük verir".
Rauf Ağamirzəyev mümkün marşrutları da diqqətə çatdırıb:
"Gəncə – Daşkəsən: dağlıq ərazini Gəncə sənaye zonası ilə birləşdirə bilər; pilot layihə üçün ən real namizəd.
Bakı – Şirvan: paytaxtdan Aran bölgəsinə gündəlik gediş-gəliş üçün sərfəli həll.
Yevlax – Ağdam: Qarabağda az sərnişin axını üçün ideal yüngül qatar variantı.
İmişli – Ağcabədi: sosial əhəmiyyətli, lakin az axınlı marşrut; dövlət dəstəyi ilə iqtisadi əsaslandırıla bilər.
Yevlax – Balakən, Mingəçevir – Ağdam, Lənkəran – Şirvan, Sumqayıt – Xaçmaz: müxtəlif regional və turizm marşrutlarında sınaqdan keçirilə bilər.
Rels avtobusları bərpa olunan, lakin az sərnişinli dəmir yolu xətlərinin dirçəldilməsi üçün real alternativdir və tətbiqi bölgələrdə həm sosial mobilliyi, həm də nəqliyyat əlçatanlığını artıra bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Meyvənin özü, yoxsa şirəsi FAYDALIDIR?
Mütəxəssislər bildirir ki, meyvənin özü ilə onun şirəsi arasında qida dəyəri baxımından fərqlər var. BAKU.WS xəbər verir ki, meyvə özü liflərlə zəngin olduğu ü...