Azərbaycanda qurumun direktor və müavini vəzifələrindən azad edildilər
10
iyn
2024
14:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.
Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.
Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...