Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:
"Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".
Oxşar xəbərlər
Ötən il Azərbaycanda suçiçəyinə və qızılcaya yoluxanların sayı açıqlandı
2019-cu ildə Azərbaycanda 14 514 suçiçəyi ilə xəstələnmə halı qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna c...