Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı AÇIQLANDI
2026-cı il iyulun 1-nə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı ilin əvvəli ilə müqayisədə 3,6 faiz artaraq 248,5 min nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı"nda ölkədə işsizliyin göstəriciləri ilə bağlı məlumatlarda qeyd olunub.
Sənəddə qeyd olunur ki, real sektorun monitorinqi çərçivəsində aparılan sorğunun nəticələrinə əsasən, iyun ayında məşğulluq gözləntiləri xüsusilə qeyri-neft-qaz sektorunun bir sıra sahələrində yüksək olub.
Ən yüksək göstəricilər plastik məmulatların istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı sahələrində qeydə alınıb.
Oxşar xəbərlər
"Arıqlamağa kömək edir", "piy yandırır" kimi reklamlarla bağlı XƏBƏRDARLIQ
Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir...