Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7 449 nəfər rəsmi qeydiyyatdadır.
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, onlardan 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır.
QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1 889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 1 119 nəfərdir.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.
Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi COVID-19 pandemiyası ilə əlaqədar İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir.
Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi anılır. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən “Karantin rejimi” ilə əlaqədar maarifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-in rəsmi internet səhifəsində yeni modul yaradılıb və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunub.
Qeyd edək ki, bu gün İİV/QİÇS-dən vəfat edən insanların Ümumdünya Xatirə Günüdür.
Oxşar xəbərlər
Xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısı açıqlanıb
Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nı təsdiq edib. BAKU.WS xəbər verir ki, siyahıda 41 dərman vasitəsinin adı...
