Azərbaycanda qaz xəttində sızma - 7 min abonent qazsız qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini təbii qazla təmin edən daşıyıcı qaz xəttinə qazın verilişi kəsilib.
Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.
Təmir işlərinin bu gün günorta radələrinə başa çatdırılması planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda 7 min abonent qazsız qalıb
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb. BAKU.WS xəbər verir ki, "report"un Muğan bürosuna bu barədə Biləsuvar Rayon İcra Hakimiyyət...