Azərbaycanda qadınlar üçün XOŞ XƏBƏR - Bu xidmətlər pulsuzdur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"İcbari tibbi sığortanın xidmətlər zərfinə hamilə qadınlar üçün bir neçə müayinə və müalicə üsulları daxildir. Bunlar həm ambulator, həm də stasionar şəkildə həyata keçirilir".
BAKU.WS xəbər verir ki, bu sözləri REAL TV-yə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Aynurə İsmayılova bildirib:
"Ambulator olaraq ultrasəs müayinəsi, antinotal qulluğun aparılması, eyni zamanda ginekoloji problemləri olan qadınların müayinələridir. Stasionarda isə müəyyən əməliyyatların həyata keçirilməsini göstərə bilərik".
Qeyd edək ki, bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəniz ilə müraciət etməyiniz kifayətdir.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...