Azərbaycanda qadın direktor kişi müəllimi təhqir etdi

Azərbaycanda qadın direktor kişi müəllimi təhqir etdi
Sosial 510

Göygöl rayonunda məktəb direkorunun müəllim təhqir edən video yayılıb.

BAKU.WS-in yerli bürosunun verdiyi ilkin məlumata görə, video Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbdə çəkilib. İddia olunur ki, məktəbin direktoru Vəfa Əmiraslanova Ramiz adlı müəllimi təhqir edir.Videoda müəllimənin səsi eşidilir.

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov BAKU.WS-in yerli bürosuna bildirib ki, Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.

"Məlumatım var günorta saatlarında məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür.

Məktəblər və idarə 5-günlükdür. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq. Fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər