Azərbaycanda piyadaların vurulması halları azalıb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Son illərdə Azərbaycanda yol-nəqliyyat hadisələri arasında piyada vurulma halları mühüm müzakirə mövzusuna çevrilib.
BAKU.WS-in məlumatına görə, yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə müxtəlif tədbirlər görülsə də, piyadaların iştirakı ilə baş verən qəzaların statistikası bu sahədə hələ də problemlərin olduğunu göstərir.
Son illərdə piyada vurulma hallarında artım, yoxsa azalma müşahidə olunur?
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə bildirib ki, piyadavurma hadisələri ilə bağlı rəsmi statistika mütəmadi olaraq tərəfimizdən açıqlanır:
"Son illər bu sahədə, xüsusilə piyada keçidlərində təhlükəsizliyin artırılması üçün görülən işlər, bununla yanaşı hədəf qurupları arasında aparılan maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlər nəticəsində müəyyən müsbət dəyişikliklər müşahidə olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...