Azərbaycanda ov üçün istifadə olunan sintetik torların satışı qadağan edilir

Azərbaycanda ov üçün istifadə olunan sintetik torların satışı qadağan edilir
Sosial 128

“Ov üçün istifadə sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Xidmət rəisi bildirib ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmal yolu ilə gətirilir:

“Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artırılmalıdır. Qeyd etmək lazımdır ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər