Azərbaycanda ötən il 1 000-ə yaxın saxta pul nişanı dövriyyədən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə Azərbaycan Mərkəzi Bankı milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı, xarici valyutada isə 550 ədəd saxtakarlıq
əlamətləri müəyyən edilmiş pul nişanı (ümumilikdə 990 ədəd) aşkarlayaraq tədavüldən çıxarıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edb.
Report bu barədə qurumun illik idarəetmə hesabatına istinadən xəbər verir.
Məlumata görə, əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib. İl ərzində əhalidən 2,63 milyon manat (43,6 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.
Bundan başqa, hesabat ilində dövriyyədən 4,5 milyard manat pul nişanı mədaxil edilib, 6,6 milyard manat pul nişanı isə məxaric olunub. Tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 12,1% (2,1 milyard manat) artaraq ilin sonuna 19,6 milyard manat təşkil edib. 2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7,1 milyard manat olub ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.
"Bütövlükdə ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...