Azərbaycanda nə qədər adam orqanlarını bağışlayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda orqanlarını bağışlayanların ümumi sayı 450 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiya Mərkəzindən bildirilib.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən orqan donorluğu və transplantasiya sahəsində həyata keçirilən geniş ictimai məlumatlandırma tədbirləri nəticəsində son 6 ay ərzində ölkədə ölümündən sonra orqanlarını bağışlayanların sayında artım müşahidə edilir.
"Belə ki, 10 gün əvvəl verilən məlumata görə, bu göstərici 400 nəfər təşkil edirdi. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, hazırda orqanlarını bağışlayanların ümumi sayı 450 nəfərə çatıb.
Nazirlik maarifləndirmə tədbirlərini davam etdirir və vətəndaşları bu xeyirxah qərarı qəbul etməyə çağırır",- məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...