Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb

Azərbaycanda muzdla çalışanların sayı 1,79 milyonu ötüb
Sosial 19

Bu ilin mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 792,3 min nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla işləyənlərin 862,8 min nəfəri dövlət, 929,5 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.

Məlumata əsasən, muzdlu işçilərin ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Bu sahənin ümumi məşğulluqdakı payı 18,6 faiz təşkil edir. Təhsil sahəsində çalışanlar 18,1 faiz, sənayedə çalışanlar isə 13,8 faiz paya malikdir. Səhiyyə və sosial xidmətlər sektorunda işləyənlərin xüsusi çəkisi 8,7 faizdir.

Eyni zamanda, muzdlu işçilərin 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət sahələrində çalışır.

Bundan başqa, maliyyə və sığorta sektorunda çalışanların payı 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışanların payı isə 2,3 faiz təşkil edir.

Qalan 15 faiz muzdlu işçi isə iqtisadiyyatın digər fəaliyyət sahələrində məşğuldur

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər