Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab...
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verirlər.
BAKU.WS xəbər verir ki, Modern.az saytı bununla bağlı Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatları sizə də təqdim edir.
Son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib.
Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar.
1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib.
Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub.
15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək.
Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir.
Son 5 ildə nar meyvəsindən xoşu gələn valideynlər tərəfindən 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...