Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Martın 10-u dərs günü olmaqla martın 3-dən martın 10-na qədər bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib. Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru Cəsarət Valehov "ATV Aktual" verilişində deyib.
Onun sözlərinə görə, hələlik bu məsələ gündəlikdə deyil.
Cəsarət Valehov proqramdan geri qalma ilə bağlı məsələyə də aydınlıq gətirib. Nazirlik rəsmisi bu vəziyyətin fors major vəziyyət olduğunu qeyd edib və əlavə edib ki, həmin tədris müddəti başqa bir müddətlə kompensasiya olunacaq.
Oxşar xəbərlər
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...