Azərbaycanda məhkumlar koronavirusa görə test edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəzaçəkmə müəssisələrində məhbuslar koronavirus infeksiyasına görə test ediliblər.
BAKU.WS-in məlumatına görə, bunu bu gün keçirilən “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində bununla bağlı məsələ ciddi nəzarətdə saxlanılır: "Müəssisələrdə məhkumlar koronavirusa qarşı test edilib. Bu, bütün məhbuslara tətbiq edilməyib. Əsasən, hərarəti olan məhbuslar nəzarətə götürülüb. Heç bir məhbusda infeksiya aşkar edilməyib".
Oxşar xəbərlər
Hərarəti olan məhkumlar daxili karantinə götürülüb
"Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb". BAKU.WS "report"a istinadən...