Azərbaycanda maska taxmayan şəxslər cəzalandırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ağstafa şəhər sakini Elnura Qədiməlizadə, Ağstafa rayonu Poylu kənd sakini Sahib Yaqubov, rayonun Qaçaq Kərəm kənd sakini Oqtay Kotyalov və Eynallı kənd sakini Seymur Kərimovun ictimai yerdə tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməmələrinə görə toplanmış materiallar üzrə 24.12.2020-ci ildə Ağstafa rayon prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Ağstafa rayon polis şöbəsinə göndərilmişdir.Xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində prokurorluq orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilir.
Oxşar xəbərlər
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi - VİDEO
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epide...