Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda alternativ maliyyələşmə imkanlarının genişləndirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Kraudfandinq haqqında" qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.
Layihə ölkədə səhm və borc əsaslı kraudfandinq fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə həmçinin kraudfandinq platformalarının fəaliyyəti, onların işinə dair tələblər, eləcə də dövlət tənzimlənməsi və nəzarət mexanizmləri öz əksini tapıb.
Qanunun əsas məqsədi startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq, onların biznes fəaliyyətinin genişlənməsinə dəstək verməkdir. Bununla yanaşı, layihədə maliyyələşdirmə prosesində iştirak edən investorların hüquqlarının qorunması da nəzərdə tutulur.
Sənədə əsasən, qanunun müddəaları dövlətin investisiya siyasətinin həyata keçirilməsi məqsədilə yaradılmış hüquqi şəxslərə və onların təsis etdiyi qurumlara şamil edilməyəcək.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...