Azərbaycanda körpələrə bu adları qoymaq istədilər - Mamabikə, Yanık, Yubuğ - SİYAHI
02
sen
2019
11:16
“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb:“Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral, və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.
Oxşar xəbərlər
"Hər kəs öz istədiyi soyadı götürə bilməz" - Soyadlarla bağlı qanun layihəsi hazırlanır
“Azərbaycanda soyadların hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır”.BAKU.WS report-a istinadən xəbər verir ki, Terminologiya Komiss...