Azərbaycanda koronavirusla bağlı vaksin ilk olaraq kimlərə vurulacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Kollektiv immunitetin formalaşdırılmasının ən effektiv yolu vaksinlərin tətbiqidir. Vaksinasiya ilk olaraq xəstəliyin yayılmasının qarşısını alır. İnsanlar vaksinasiya olunubsa, özləri yoluxduqda qısa müddətdə orqanizm virusa qalib gəlir və yayılmasına imkan vermir. Vaksindən istifadə həmçinin ölümlərin sayını azaldır. Xüsusilə yaşları çox olan və xroniki xəstələrdə bu daha çox özünü göstərir".
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
Onun sözlərinə görə, vaksinasiya ilk növbədə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı, şəkərli diabeti, ağ ciyər xəstəlikləri, immuniteti digər xəstəliklərə görə zəif, onkoloji xəstəlikləri olan vətəndaşlara təklif ediləcək:
"Eyni zamanda müəllimlərin vaksinasiyası da mühümdür. Çünki təhsilimizin təmin edilməsi, xüsusilə də bağçaya, məktəbə qədər yaşda olan və məktəbə gedən uşaqların təhsilə cəlb edilməsi çox önəmlidir. Təhsil millətin gələcəyidir. Ona görə bu kateqoriyadan olan insanların ilk növbədə vaksinasiyası vacibdir.
Azərbaycanın hansı vaksinə üstünlük verəcəyindən asılı olaraq (ÜST-ün təsdiqlədiyi və qəbul etdiyi) 10 milyonluq əhalisi olan ölkəmizin vətəndaşlarının vaksinasiyası bir neçə aya baş verəcək".
Oxşar xəbərlər
Azərbaycanda koronavirus vaksinləri ilk kimlərə vurulacaq? - Ramin Bayramlıdan AÇIQLAMA
“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin...