Azərbaycanda koronavirusla bağlı təlim keçiriləcək

Azərbaycanda koronavirusla bağlı təlim keçiriləcək
Foto
Sosial 108

Səhiyyə sahəsində çalışan mütəxəsislər üçün Hindistan Xarici İşlər Nazirliyinin Hindistan İqtisadi və Texniki Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində “COVID-19-un idarə olunması strategiyaları və əlaqəli aspektlər” mövzusu üzrə online təlimlər keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

“COVID-19 üzrə potensialın artırılması proqramı” çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq.

COVID-19 pandemiyasının idarə olunmasına aid ən vacib məsələlər üzrə e-İTEC interaktiv vebinar sessiyaları müddətində COVID-19 nədir, infeksiyanın qarşısının alınması tədbirləri, COVID-19 xəstələrinin müəyyən edilməsi üsulları, onların təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi, sahə nəzarəti və ictimai səhiyyə tədbirləri, həmçinin digər mövcud məsələlər əhatə ediləcək.

27 aprel 2020-ci il tarixdən etibarən başlayan online təlimlər Azərbaycan vaxtı ilə saat 13:30-dan 14:30-a kimi baş tutacaq.

Altı gün davam edəcək onlayn təlimlərdə Azərbaycan Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin səhiyyə işçiləri, tibb mütəxəssisləri iştrak edəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər