Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 1-nə olan statistik göstəriciləri açıqlayıb.
BAKU.WS-in məlumatına görə, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464-dür.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Daha 50 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər vəfat etdi
Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. BAKU.WS xəbər verir ki, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19...
