Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə qol qaldırıb oynadı - VİDEO

90 yaşlı Tamara Həmidova artıq koronavirusdan sağalaraq evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə 1930-cu il təvəllüdlü Tamara Həmidovanın nəvələri bildiriblər.
Onların sözlərinə görə, 90 yaşlı qadın oğlunun ailəsi ilə birlikdə yaşayır.
T.Həmidova bir müddət əvvəl koronaya yoluxub. O, evdə bir müddət müalicə olunduqdan sonra təcili yardıma müraciət olunub. 90 yaşlı qadının vəziyyəti ağırlaşdığından dərhal Cəlilabad rayonunda yerləşən xəstəxanaya aparılıb.
Orada müalicə olunan T.Həmidova həkimlərin səyi nəticəsində sağlığına qovuşub. Hazırda evində ambulator müalicə alan 90 yaşlı qadının vəziyyəti normaldır, özünü yaxşı hiss edir.
T.Həmidovanın ailəsi Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə, xüsusən də Cəlilabad rayon xəstəxanasının həkimlərinə öz minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...