Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, ötən müddət ərzində isə ümumilikdə 5 044 744 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı qəfil artdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanınd...