Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

16
sen
2022
18:53
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, 9881 nəfər vəfat edib, aktiv xəstə sayı 1810 nəfərdir.
Ölkədə son sutka ərzində 2929, hazırkı dövrədək isə 7 209 734 test aparılıb.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxma AZALDI - Yoluxma sayı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanın...
