Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 445 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 863 nəfər müalicə olunaraq sağalıb, 4 929 nəfər vəfat edib. 3 624 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 563, bu günə qədər isə ümumilikdə 3 542 035 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda daha 156 nəfər COVID-19-a yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qə...