Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

21
yan
2021
17:09
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.
Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.

Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4356 yeni yoluxma faktı qeydə alınıb, 2517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazi...
