Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

16
may
2020
15:35
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Oxşar xəbərlər
Azərbaycanda daha 158 nəfər koronavirusa yoluxub, 58 nəfər sağalıb
Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BAKU.WS xəbə...