Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi - VİDEO

Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.
BAKU.WS İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.
R.Quliyevin ölüm səbəbinin bəzi mənbələrdə koronavirus olduğu qeyd edilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.
Xatırladaq ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Həmçinin, bəzi məktəblərdə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.
Oxşar xəbərlər
Azərbaycanda məktəbli koronavirusdan vəfat edib
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nöm...
