Azərbaycanda koronavirus xəstələrinə gündəlik nə qədər pul xərcləndiyi açıqlandı - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"İlkin hesablamalara görə, gündəlik olaraq ən yüngül müalicə alan xəstəyə 80, ən ağır formada müalicə alan xəstəyə isə 150 manat pul xərcələnir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O əlavə edib ki, bu rəqəm dəyişən rəqəmdir: "Bu yalnız marta dayanmış rəqəmlərdir. Hazırda aprelin rəqəmləri hesablanır. Bu pula xəstənin yemək xərcləri, istifadə olunan dərmanlar, geyim, maska və eyni zamanda həkimlərə verilən əmək haqları və onlara verilən xüsusi kombinezonlar daxildir".
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı - BU MÜDDƏTƏDƏK
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə karantin rejimin uzadılması barədə qərar qəbul edib. BAKU.WS xəbər verir ki, qərarda deyilir: Azərbaycan...