Azərbaycanda koronavirus xəstələrindən 25 nəfərin vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirusa yoluxan şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, bu gün 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma fak...