Azərbaycanda kollecə yeni direktor təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub.
BAKU.WS xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 13 mart 2024-cü il tarixli əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib.
Samir Dadaşov 2001-ci ildə Bakı Dövlət Universitetinin "Tarix" ixtisası üzrə bakalavriat səviyyəsini, 2003-cü ildə isə eyni ixtisas üzrə həmin universitetin magistratura səviyyəsini fərqlənmə ilə bitirib. Həmin vaxtdan S.Dadaşov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışmağa başlayıb.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktorla görüş keçirilib və görüşdə Kollecdə baş verən neqativ hallar, mövcud olan nöqsanlar barədə onunla müzakirələr aparılıb.
Tədrisin şəffaf, obyektiv və keyfiyyət prinsipləri əsasında təşkili kimi məsələlər Kollec rəhbərinin qarşısına ciddi tələb olaraq qoyulub.
Oxşar xəbərlər
Azərbaycanda universitetlərə bərpa olunma qaydaları dəyişdi
Azərbaycanda ali təhsil müəssisəsinə bərpa olunma qaydaları dəyişib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası...