Azərbaycanda istiliyin verilməsinə başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü başlayıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də dağlıq və dağətəyi rayonlarda istiliyin verilməsinə başlanılır.
Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.
Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.
Oxşar xəbərlər
Bakı sakinlərinin nəzərinə: Noyabrın 15-dən...
Bakıda mərkəzi istilik sistemlərinin yoxlanılmasına başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmə...