Azərbaycanda işçilərə məzuniyyət məcburi olacaq
11
fev
2022
12:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Məcburi məzuniyyətlə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi təklif edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, hazırda məzuniyyətlə bağlı məcburilik yoxdur:
“Lakin bəzən bu haldan sui-istifadə halları olur. Məzuniyyətdən istifadə olunmalıdır ki, işin keyfiyyətinə mənfi təsir etmə halları olmasın. Məzuniyyət də tərəflərin qarşılıqlı razılığı əsasında ya həmin il, ya da növbəti təqvim ilinə keçirilməsi kimi həll oluna bilər”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...