Azərbaycanda internetlə bağlı VACİB XƏBƏR - 2024-cü ildən... - VİDEO

Azərbaycanda internetlə bağlı VACİB XƏBƏR - 2024-cü ildən... - VİDEO
Video
Sosial 3155

2024-cü ildə bütün ölkə fiberoptik internetlə təmin olunacaq.

BAKU.WS xəbər verir ki, bunu “Xəzər TV”-də yayımlanan “Xəbər Ertəsi” proqramında qonaq olan “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev deyib.

Bölgələrdə internet xətlərinin çəkilişi ilə bağlı yaranan problemlərə toxunan şöbə müdiri bildirib ki, bunun səbəbi avadanlıqlardakı limitdir:

"Bölgələrdə olan avadanlıqlar evlərin, abunəçilərin sayına uyğun quraşdırılır. Əhalinin sayı artdıqda isə tələbləri qarşılamaq lazım gəlir. Hazırda bölgələrdə olan avadanlıqların əksəriyyətində internet çəkilişi üçün müəyyən limitlər var.

Bu səbəbdən də hər kəsin internetlə təminatı mümkün olmur. Lakin 2024-cü ildə bütün ölkə fiberoptik internet xətləri ilə təmin olunacaq. Bu xətlərdə isə heç bir limit olmur və abunəçilərin əhatə dairəsini istənilən qədər genişləndirmək mümkün olur. Beləliklə də, həmin vaxtda istənilən şəxs internetə çıxış əldə edə biləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər