Azərbaycanda internetin sürəti tısbağaya bənzəyir - VİDEO

Azərbaycanda internetin sürəti tısbağaya bənzəyir - VİDEO
Video
Sosial 489
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İTV-də yayımlanan 3D proqramında çıxışı zamanı ölkədə internet sürəti ilə bağlı ciddi problemlərin olduğunu bildirib. BAKU.WS xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüz Dadaş Dadaşlinskinin Azərbaycanda internetin sürətinin hansı canlıya bənzəməsi barədə suallarını cavablandırarkən, tısbağa cavabını verib. "Yəqin ki, ikincisinə bənzəyir. Bunu təkcə mən yox, beynəlxalq qurumların hesabatları, ölkədə internet istifadəçiləri, dövlət qurumları, ictimai qurumlar və bütün ekspertlər deyirlər. Düşünürəm ki, son dövrlərin statistikasına baxsaq görərik ki, Azərbaycan internetində adam başına düşən internet sürətinin həcmi ilə bağlı bizim vəziyyətimiz heç də yaxşı deyil. Xüsusən bizdə geniş zolaqlı, keyfiyyətli internetlə bağlı bizd ciddi problemlər var",- deyə Osman Gündüz əlavə edib.

Oxşar xəbərlər

Növbəti sosial evlər sabah satışda: BUNLARA ƏMƏL EDİN

Növbəti sosial evlər sabah satışda: BUNLARA ƏMƏL EDİN

Sabah - oktyabrın 15-də saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzillərin onlayn satışı keçiriləcək.BAKU.WS xəbər verir ki, bu b...

552 Sosial 22:10 15 oktyabr 2019

Son xəbərlər