Azərbaycanda iki rayona yeni polis rəisi təyin olunub

Azərbaycanda iki rayona yeni polis rəisi təyin olunub
Sosial 27

Beyləqan və Yevlaxa yeni polis rəisi təyin edilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər