Azərbaycanda HAVA İLƏ BAĞLI YENİ XƏBƏRDARLIQ - Bu tarixdən... - VİDEO

Azərbaycanda HAVA İLƏ BAĞLI YENİ XƏBƏRDARLIQ  - Bu tarixdən... - VİDEO
Video
Sosial 6

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətində BAKU.WS-ə verilən məlumata görə, Abşeron yarımadasında iyunun 18-i axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

İyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...

31 Sosial 16:46 20 aprel 2023

Son xəbərlər