Azərbaycanda general işdən çıxarıldı, yerinə oğlu təyin edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalı bu postda oğlu, Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.
R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə, həmçinin, 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.
Oxşar xəbərlər
Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı - SƏRƏNCAM
Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm...